2016-cı ildə SOCAR-da çalışan işçilərin orta siyahı sayı 50933 nəfər təşkil edib.
Oxu.Az xəbər verir ki, barədə SOCAR-ın 2016-cı il üzrə illik hesabatında deyilir.
Qeyd edilir ki, işçilərin sayı 2015-ci illə (52576 nəfər) müqayisədə 1643 nəfər azalıb. 2016-cı il ərzində şirkət üzrə işçilərin orta siyahı sayının 1643 nəfər (3,12%) azalmasının səbəbi idarəetmə mexanizminin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə struktur dəyişiklikləridir.
L.Ə.