2025-ci ilin sonuna olan vəziyyətdə Azərbaycanda pul bazasının həcmi 22 milyard 470.2 milyon manat təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin sonundakı 20 milyard 916.5 milyon manat səviyyəsi ilə müqayisədə 1 milyard 553.7 milyon manat və ya 7.4% artım deməkdir.
Bu artım iqtisadiyyatda likvidliyin yüksəlməsinə və maliyyə bazarında dövriyyənin genişlənməsini şərtləndirir.
Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir.
Elmidar Əliyev