2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 18,9 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.
Oxu.Az Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7% bəndi üstələyərək 5,8% olub.
Bu dövr ərzində gəlirlərin 68,9% son istehlaka, 9,3% vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6% kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2% isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
www.oxu.az