"Suriya hazırda tarixinin çox vacib mərhələsindən keçir".
Bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlaması zamanı bildirib.
"Suriyadakı enerji təchizatının dayanıqlı olmaması milyonlarla insanı əhatə edir. Suriyaya verilən Azərbaycan qazından elektrik enerjisinin istehsalı üçün istifadə olunacaq. Azərbaycan bu təchizatın həyata keçirilməsi ilə yalnız Qərb istiqamətini deyil, Cənub və Şərq istiqamətini də rəqabətli şəkildə öz enerjisi ilə təchiz edə bilməsini əyani nümayiş etdirib. Ümidvarıq ki, bu istiqamətdə orta və uzunmüddətli planlarda fəaliyyət davam etdiriləcək", - deyə nazir əlavə edib.
Ətraflı Baku TV-nin süjetində: