Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ticarətdə xaricə daha az valyuta çıxarıldı
Cari ilin yanvar-avqsut ayları ərzində Azərbaycan 173 ölkə ilə 11 milyard 330 min 269 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Bununla da, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 24,96% azalma qeydə alınıb.
Bu barədə Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,23% azalaraq 5 milyard 539 milyon 988 min dollar, ixrac isə illik 37% azalaraq 5 milyard 790 min 280 min dollara enib. Cari ilin yanvar-avqust ayları ərzində ticarət dövriyyəsinin 250 milyon 292 min dollarlıq müsbət saldo (yəni, xaricə satdığımız, xaricdən aldığımızdan çoxdur - red.) yaranıb.
Ötən ilin müvafiq dövründə həmin göstərici 2 milyard 284 milyon 796 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 9 dəfədən çox azalma qeydə alınıb.
U.A.
www.oxu.az
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
- Gömrük Hospitalının həkimləri: "İki ildir, maaşımız karta yüklənəndən sonra əlimizdən alınır"