Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampın rüsumları təxirə salmasından sonra Asiya birja indekslərində vəziyyət
Asiya birjaları, Nyu-York Fond Birjasının nümunəsini izləyərək, ABŞ Prezidenti Donald Trampın ölkələr üçün yüksək idxal rüsumlarının tətbiqini 90 gün təxirə saldığı bəyanatına reaksiya verərək, əvvəlki günlərin düşüşünü bərpa etməyə başlayıblar.
Bu barədə Oxu.Az BBC-yə istinadən məlumat verir.
Ticarətin başlamasından bir saat-saatyarım sonra Yaponiyanın "Nikkei 225" indeksi 7.6%, Cənubi Koreyanın "Kospi" indeksi 5%, Tayvanın "Taiex" indeksi 9.25%, Avstraliyanın "ASX 200" indeksi 4.6% artıb.
Trampın Çinlə ticarət müharibəsi davam etsə də, hətta Çin birjaları da artmaqdadır.
Şanxay birjasının "SSE Shanghai Composite" indeksi açılışda 1.3%, Honkonq birjasının "Hang Seng" indeksi isə 3% artıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən Çin mallarına idxal tariflərini 125%-ə qədər artırdığını elan edib. Bundan əvvəl Pekin tarif müharibəsində "mərclərin artırılması" gedişində ABŞ-dən idxala 84 faizlik rüsumlar tətbiq edib ki, bu da cümə axşamı günorta (Qrinviç vaxtı ilə saat 4:01) qüvvəyə minəcək.
Eyni zamanda, Tramp təxminən 60 ölkədən idxala (artıq gecə yarısından qüvvəyə minməli olan) böyük rüsumları 90 gün təxirə saldığını bəyan edib: Çin istisna olmaqla, hamı üçün 10% "baza" rüsumu, üstəgəl əvvəllər tətbiq edilmiş idxal avtomobilləri, polad və alüminiuma 25 faizlik tariflər qüvvədə olacaq.
"İdxal-ixrac rüsumları" teqi üzrə xəbərlər
- Ticarət müharibəsində fasilə: Birja indeksləri ABŞ və Çin razılaşmalarından sonra bərpa olunur
- Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmaq niyyətindədir
- ABŞ 18 ölkə ilə ticarət razılaşmalarına nail olmağı planlaşdırır - Siyahıda hansı ölkələr yoxdur?
- Tramp: "Bir çox dünya liderləri rüsumları azaltmağı xahiş edirlər"
- ABŞ Çin mallarına rüsumları azalda bilər