Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından istismara verildiyi dövrdən 2025-ci il noyabrın 1-dək təxminən 12.7 milyard kubmetr qaz və 1.9 milyon ton kondensat hasil edilib.
Oxu.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, hazırda yataqda sutkada orta hesabla 7 milyon kubmetrə yaxın qaz və 0.8 min ton kondensat hasil olunur.
"Ümid" yatağının kəşfindən 15 il keçir. Bu yataq Azərbaycanın müstəqillik dövründə aşkarlanan ilk qaz-kondensat yatağıdır. İlkin hesablamalara görə, 2012-ci ildə istismara verilən yataqda təqribən 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat ehtiyatı var.