İndi "Unibank" kartları öz sahiblərinə ƏLAVƏ DƏYƏR VERİR: 30%-dək cashback, 6%-dək depozit bonusu, yüzlərlə hədiyyələr və endirimlər.
Bu günədək "Unibank" kartına sahib olan müştərilər təkcə cashback layihəsi çərçivəsində 122 min AZN-ə yaxın vəsait qazanıb.
Əgər sizdə "Unibank"ın əmək haqqı, "ALBALI PLUS" kredit, "ALBALI PLUS" debet və eləcə də, digər debet kartlarından biri varsa, o deməkdir ki, kartdakı pulunuzu xərcləsəniz də, xərcləməsəniz də, pulunuz dəyər qazanacaq.
"Unibank"ın loyallıq proqramı olan ƏDV layihəsi kart sahiblərinə kartla əməliyyat zamanı cashback, hesabda olan qalığa faiz, xüsusi endirimlər, güzəştlər, Mobil bankinqdə əməliyyatlar zamanı bonuslar qazandırır. Bonuslar isə sonda pullara və dəyərli hədiyyələrə çevrilir. Əlavə Dəyər qazanmaq üçün isə sizin etməli olduğunuz, sadəcə, istənilən "Unibank" kartına sahib olmaqdır.
"Unibank" kartları sayəsində qazanacağınız əlavə dəyər bunlardır:
- Bütün kartlar cashback funksiyalı olduğundan, xərclədiyiniz pulun 30%-dək hissəsi cashback kimi geri qayıdır;
- "Unibank" kartlarının çoxu (əmək haqqı kartları, "ALBALI PLUS" kredit, "ALBALI PLUS" debet) depozit funksiyalı olduğundan kartda saxladığınız şəxsi vəsaitinizə illik 6%-dək depozit bonusu qazanırsınız;
- Sizə minlərlə partnyor və qeyri-partnyor mağazalarda çoxlu endirim və hədiyyələr qazandırır;
- Bütün "Unibank" kartları ilə Unibank Mobile-da aparılan əksər əməliyyatlar bonuslar qazandırdığından, o bonusları pul və hədiyyələrə çevirmək mümkündür.
"Unibank" kartlarının digər üstünlükləri:
- "Unibank"ın debet kartlarına mədaxili istənilən "Unibank" və E-manat ödəniş terminallarında həyata keçirmək mümkündür və məbləğ online olaraq həmin vaxt kart balansına yüklənir;
- Bütün kartlar avtomatik 3D secure xidmətinə qoşulub;
- Debet kartı istəyinizə görə manat və ya dollar valyutasında sifariş edə bilərsiniz;
- Kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiniz;
- Təcili kart lazımdırsa, dərhal filialda "Albalı" debet kart almaq imkanı
Əgər hələ də dəyər qazandıran kartınız yoxdursa, onlayn sifariş edə (https://onlineservices.unibank.az/OnlineCardOrder/?lang=az) və ya istənilən "Unibank" filialından yaxınlaşmaqla, sərfəli bank kartı əldə edə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
"Unibank" - hər kəsin bankı!
"Unibank" haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində "Unibank" adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, "Unibank" ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti "Unibank"ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.