Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (SOFAZ) da iştirakı ilə valyuta hərracı keçirilib.
Bu barədə Oxu.Az-a bankdan bildirilib.
Qeyd edilib ki, bu gün hərracda manatın orta çəkili məzənnəsi 1,7498 səviyyəsində formalaşıb. Bu isə dolların daha 0,29% bahalaşması deməkdir.
Xatırladaq ki, bugünə dolların rəsmi məzənnəsi 1,7447 manat təşkil edib.
U.A.
www.oxu.az