Bu gün Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 11 dəfə üstələyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Report”a bank dairələrindən məlumat verilib.
Banklar hərracda 550 milyon dollardan çox vəsait əldə etmək istəyib. Son nəticədə SOFAZ-ın hərraca çıxardığı 50 milyon dollar tam həcmdə 29 banka satılıb.
“Report”un analitik qrupu hesab edir ki, növbəti hərraclarda valyuta təklifinin 100-200 milyon dollara qədər artırılacağı gözlənilir:
“Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.
12:22
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 29 banka satılıb.
Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az