Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır.
Belə ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub.
Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib.
Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək.
“Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (“Whistleblow”) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailləşdirilməsindən də geniş istifadə olunur.
Ülviyyə R. Əli
www.oxu.az