2014-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12,99 milyard ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 11,78% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat verib.
DGK-nin məlumata görə, idxal əməliyyatları üzrə 3,51 milyard ABŞ dolları, ixrac əməliyyatları üzrə 9,46 milyard ABŞ dolları ticarət dövriyyəsi qeydə alınıb.
Qeyd edək ki, keçən ilin müvafiq dövrünə nisbətən idxalda 19,46%, ixracda isə 8,55% azalma müşahidə edilib.
Gülnarə Zeynalova
www.oxu.Az