Azərbaycan banklarına məxsus plastik kartlarla ölkə xaricində taksi xidmətindən istifadə edənlər 18%-lik əlavə dəyər vergisi (ƏDV) ödəməyəcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu halda kart hesabından vəsait xarici valyutada çıxdığı üçün həmin ödəniş vergiyə cəlb olunmayacaq.
Yəni, yalnız ölkə daxilində, Azərbaycan manatı ilə taksi xidmətini ödəyənlər əlavə 18% xərcə düşməli olacaqlar.
Xatırladaq ki, Azərbaycanda UBER, “Taxify” və başqa xarici taksi şirkətlərinə ödənişlər dekabrın 1-dən ƏDV-yə cəlb ediləcək. Bununla belə, xarici bankların kartları ilə ödəniş edənlərdən bu vergini tutmaq texniki baxımdan mümkün olmayacaq.
E.Ə.
www.oxu.az