Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zəlzələ SOCAR-ın işinə təsir edib? - AÇIQLAMA
Dekabrın 7-də səhər saatlarında Xəzər dənizində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsalat sahələrində hər hansı ləngimə və ya fasilə baş verməyib.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq SOCAR-dan məlumat verilib.
“Hazırda istər quru, istərsə də dənizdə yerləşən obyektlərdə plana uyğun olaraq neft-qaz və digər əməliyyatlar kəsintisiz olaraq davam etməkdədir”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 3-5 bal hiss olunub.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Eyvanda paltarını təmizləyən 69 yaşlı kişi faciəli şəkildə öldü
- Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
- Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ
- Özünə antibiotik vuran qadın ÖLDÜ - TƏFƏRRÜAT
- İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub - Cinayət işi başlandı