Bərdə rayonunun Şahvəllər kənd sakinləri Rəşad Mustafazadə və Mahir Qasımov 5 kiloqrama yaxın marixuananı satarkən yaxalanıblar.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar 4 kiloqram 950 qram marixuananı 2 000 manata satarkən tutulublar.