Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağcabədidə yeddi yaşlı bacısı oğlunu ağacla döyüb öldürən çobana AĞIR CƏZA
Ağcabədidə azyaşlı bacısı oğlunu öldürməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib.
Fermada çoban işləyən 39 yaşlı Natiq Babayev otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə vurub.
Azyaşlı aldığı xəsarətlərdən ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə HÖKM OXUNDU
- İki milyon manatlıq mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxslərə hökm oxunub
- Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi
- Anasının sevgilisini bıçaqlayan şəxsə HÖKM OXUNDU
- Dövlət Xidmətinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxsləri ilə bağlı qərar verilib