Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Astarada dostunu güllələyib, özünü yaralayan şəxsə hökm oxunub
Dostunu qətlə yetirməkdə təqsirləndirilən Bəşir İsrafilovun məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il 1 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən il iyun ayında Astara rayonunda baş verib.
Təqsirləndirilən Bəşir İsrafilov dostu Namiq Əhədovu ov tüfəngi ilə qətlə yetirib. Daha sonra həmin silahla özünü yaralayıb.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Ağcabədidə 13 yaşlı qızdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbsi tələb edildi
- "TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə HÖKM OXUNDU
- İki milyon manatlıq mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxslərə hökm oxunub
- Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi
- Anasının sevgilisini bıçaqlayan şəxsə HÖKM OXUNDU