Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bu ilin yanvar-fevral ayları ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb.
Həmçinin, ötən il keçirilən COP29 tədbirləri çərçivəsində Bakı şəhərinə gələn, amma ölkə ərazisindən çıxışları qeydə alınmayan müxtəlif xarici ölkələrin 13 vətəndaşının da yeri müəyyən edilərək barələrində qanunauyğun tədbir görülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edilib ki, saxlanılanlar arasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə barəsində axtarış elan edilən əcnəbi vətəndaş da olub.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda motosikletlərin düşdüyü dəhşətli qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Siyəzəndə NARKOTİK ƏMƏLİYYATI - İki nəfər həbs olundu
- Polis Göyçayda əməliyyat keçirdi - Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı
- Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlandılar
- Azərbaycanda ana azyaşlı qızını naqillə döyürmüş: Qadının kimliyi məlum oldu