Cəlilabadda bacısının əri ilə qaçan 15 yaşlı Aynurə Nağıyeva hələ də tapılmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə məlumat verib.
O qeyd edib ki, rayon polis şöbəsindən qızın tapılması üçün əməliyyat-axtarış qrupu Bakıya göndərilib:
“Hazırda araşdırmalar davam edir”.
Xatırladaq ki, A.Nağıyevanın atası Ramil Yusubov mediaya açıqlamasında sentyabrın 23-də axşam saatlarında qızının evdən getdiyini bildirmişdi.
E.Ə.
www.oxu.az