Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda 100 min manata yaxın dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98 930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub:
"Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb. Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib", - deyə məlumatda qeyd edilib.
Hazırda araşdırmalar davam etdirilir.