Bakıda axtarışda olan şəxs tutulub.
Bir müddət əvvəl Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışa verilmiş 1980-ci il təvəllüdlü Aslanov Pərvin Məmməd oğlunun yeri müəyyən edilib.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyatla o, tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
A.H.