Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda dayanacaq əməkdaşı BMW-ni qaçırdı
Bakının Səbail rayonunda avtomobil qaçırılıb.
Oxu.Az xəbər verir ki, hadisə Xaqani küçəsində baş verib.
Belə ki, avqustun 22-də Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib və bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda BMW markalı avtomobilini saxladığını, açarları isə orada işləyən şəxsə verdiyini bildirib.
Lakin ertəsi gün dayanacağa gəldikdə avtomobilin qaçırılmasını anlayıb.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.
Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törətmiş Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail RPİ-yə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.
"Bakı" teqi üzrə xəbərlər
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ