Anasını öldürən gənc ağır vəziyyətdə olsa da, polisin suallarını qısaca cavablandırıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, anası Esmira Əzimovanı öldürəndən sonra qaçmaq istəyən Elvin özünü 3-cü mərtəbədən atıb.
Ayaqları və qolları sınan Elvin xəstəxanadadır. Vəziyyəti ağır olan Elvin polisin “ananı niyə öldürdün” sualına qısaca belə cavab verib:
“O ölməli idi. Çoxdan ölməli idi, mən də öldürmüşəm”.
Avara həyat tərzi keçirən Elvinin anasını hansı səbəbdən öldürməsi istintaqın gedişində məlum olacaq.
11:45
Bakıda qətl hadisəsi törədilib.
Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi-1 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı bıçaqlayaraq qətlə yetirib.
E.Əzimov qətli törətdikdən sonra qaçmaq istəyib və onun hündürlükdən yıxılaraq hər iki ayağı sınıb. E.Əzimov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.