Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı cəzasının yüngülləşdirilməsini istəyir
Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Alinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Pakistan vətəndaşı cəzasının yüngülləşdirilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi əcnəbinin şikayətini təmin etməyib.
Qeyd edək ki, Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Qardaşı qızının toyuna gedən arvadını döyən şəxslə bağlı qərar verildi
- Əvəz Zeynallı azadlığa buraxıldı - İLK FOTOLARI
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi
- "Tərtər işi" ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər