Boris Maçaidzenin girov götürülməsinin təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a respublika DİN-dən bildirildiyi kimi ilkin istintaq zamanı aydın olub ki, əslində Maçaidze heç də girov götürülməyib.
Maçaidze öz oğurlanmasını quraşdırıb ki, arvadından pul qoparsın. Məlumdur ki, kişi Bakıya bu günlərdə gəlib.
Noyabrın 11-də Maçaidze telefonla Gürcüstanda yaşayan həyat yoldaşı ilə əlaqə qurub və bəyan edib ki, onu girov götürüblər və pul tələb edirlər. Maçaidze bildirib ki, əgər onun üçün 10 000 manat ödənilməsə onu öldürəcəklər.
Amma qadın oğrulara pul verməyib, birbaşa Gürcüstan Daxili İşlər Nazirliyinə yollanıb və Bakıda ərinin oğurlandığını bildirib.
Gürcü hüquq mühafizəçiləri Bakı kolleqaları ilə əlaqə qurublar və girov götürülmə barəsində bütün informasiyanı veriblər.
Maçaidzenin planına uyğun olaraq qrup üzvlərindən biri onun azad olması üçün pulları almalı və bərabər burada əylənməyə xərcləməli idilər.
Amma Maçaidze düşünməyib ki, onun həyat yoldaşı polisə gedəcək. Cinayətkarları aşkar etmək isə əməliyyatçılar üçün elə də çətin olmayıb.
İndi saxlanılan şəxslərə qarşı AR CM-nin 178-ci - fırıldaqçılıq maddəsi tətbiq ediləcək.
12:50
Gürcüstan vətəndaşı Bakıda girov götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb etmiş həmyerliləri Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.
E.Ə.
www.oxu.az