Bakıda iki axtarışda olan üç nəfər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, Səbail RPİ CAŞ və 9-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Fuad Məhərrəmov tutulub.
Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarlşda olan Mərdan Əsədullayev tutulub.
Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Qurban Naməzəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az