Bakıda kişi arvadını döyüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Səlim əl və ayaq zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı Səlim saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Səlim Novruzov məsuliyyətdən azad olunub.