Bakıda mağazanı talayan oğruların öz aralarında davası kameraya düşüb.
Oxu.Az Xəzər TV-yə istinadən bildirir ki, Binəqədi rayonu ərazisində baş verən hadisənin görüntülərində qapısı bağlı olan mağazaya iki nəfər yaxınlaşır. Daha sonra onlardan biri qapını açmağa cəhd edir, digəri isə buna mane olmaq istəyəndə aralarında dava düşür.
Çox keçmir ki, iki şəxsdən biri ərazidən uzaqlaşır. Əli ilə zorla qapını açan digər gənc isə içəri girəndə sürprizlə qarşılaşır.
Mağazada adamın olduğunu görəndə nə edəcəyi bilməyən oğru siqaret almaq üçün qapını açdığını deyir.
Digər yandan mağaza xüsusi qorunduğu üçün Binəqədi rayon mühafizə idarəsinə siqnalzasiya daxil olur.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az