Venesuelanın Valensiya həbsxanasında qarşıdurma zamanı 13 məhbus həyatını itirib, daha 12 nəfər isə yaralanıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, iki qrup arasında nəzarət üstündə baş verən mübahisə ciddi qarşıdurma ilə sona çatıb.
Hadisə aprelin 26-na keçən gecə başlayıb və səhərə qədər davam edib. Hazırda həbsxanada gərginliyin səngidiyi, vəziyyətin milli qvardiyanın nəzarəti altında olduğu deyilir.
S.B.
www.oxu.az