Bakının Xətai rayonunda mənzildən oğurluq olub.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Babək prospekti, ev 90 ünvanındakı mənzillərdən birində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Fəxrəddin Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə mənzilin qapısı sındırılaraq oradan 19 min ABŞ dolları məbləğində pul oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az