Bakının Xətai rayonunda pul oğurluğu hadisəsi baş verib.
Xətai rayon Polis İdarəsində Telnov küçəsi 15 saylı evdə yaşayan Çingiz İsmayılov ərizə ilə müraciət edib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Xətai RPİ-dən verilən məlumata görə, İsmayılov adətən Ford Mustang markalı avtomobilini həyətdə saxladığını bildirib.
Dünən səhər saat 08:00-da evdən çıxaraq maşına tərəf istiqamət alan İsmayılov avtomobilin yan şüşəsinin sındırıldığını görüb.
Naməlum şəxs maşından 2 min manat pul və 4 fleş-kart oğurlayıb.
Hələlik oğrunun şəxsiyyəti müəyyənləşdirilməyib, bu istiqamətdə iş aparılır. Faktla bağlı cinayət işi qaldırılıb.