Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Bakıxanov qəsəbəsində yerləşən “Bank of Baku”nun filialından polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.
Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.
Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır.
N.О.