Bakı şəhər sakini qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.
Əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Solmaz Əbiyevanın qadınları Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
Qeyd edək ki, Solmaz Əbiyeva əvvələrdə məhkum olunub.