Bakıda restoranda qumar oynayanlar tutuldular.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün saat 03.00 radələrində Azadlıq prospektində yerləşən restoranda polis tərəfindən əməliyyat keçirilib.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Xəqani Hümbətov, Mahir Xudiyev və Lənkəran şəhər sakini Rəşad Cəfərov qumar oynadıqlarına görə saxlanılıb.
Qeyd edək ki, əməliyyat Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Faktla bağlı araşdırma aparılır.