Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə şəxsin velosipedini oğramış şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, saxlanılan şəxs Emin Hüseynov yanvarın 18-də Bakı şəhər sakinləri Anar Əliyevə, Səfər Rzayevə, Ramil Mirzəyevə, Elçin Nurəddinliyə, İbrahim Məmmədliyə və Araz Məmmədova məxsus velosipedləri oğurlayıb.