Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə həbs olundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə "Qafqazinfo" ya onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub
- Azərbaycanın təhlükəsizlik orqanları 106 yaşında
- DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsd cəhdinə rəhbərlik edən şəxsin oğlu da həbs olundu
- DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları "TikTok"da yaymış şəxs istintaqa cəlb edildi
- DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqlənib
Ən çox oxunanlar