Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ondan dörd kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
"Bərdə rayonu" teqi üzrə xəbərlər
- Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ
- Bakı, Sumqayıt, Bərdə, Tovuz və İsmayıllıda təbiətə 90 min manata yaxın ziyan vurulub
- Keçmiş nişanlısını özünü öldürmə həddinə çatdıran şəxsə nə qədər cəza verilib?
- Bərdədə traktorla qoşqunun arasında qalan kişi öldü
- Azərbaycanda ibtidai sinif müəllimi vəfat etdi
Ən çox oxunanlar