Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? - Məhkəmə işi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Dövlət Pantomima Teatrını məhkəməyə verib. İşə Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Qaynarinfo" təfərrüatı öyrənmək üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxlayıb. Onun sözlərindən aydın olub ki, dövlət qurumu ilə məhkəmə çəkişməsinin kökündə teatrın kadrlar şöbəsinin keçmiş mütəxəssisi Aytən Kərimovanın cinayət işi dayanır.
Elman Rəfiyev bildirib ki, 322 min manat mənimsədə ittiham edilən Aytən Kərimova barəsindəki cinayət işinin məhkəmə istintaqı hələ davam edir:
"Aytən Kərimova teatra küllü miqdarda ziyan vurduğu üçün korrupsiya işi açılıb. Həmin iş bu gün də davam edir. Qız həmin pulu köçürüb. Hazırda Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Pantomima Teatrı ilə birlikdə pulun Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi prosesi gedir".
Elman Rəfiyev prosesin iki ilə yaxındır davam etdiyini qeyd edib:
"Mən özüm nazirliyə məlumat verdim, yoxlama ilə bağlı nümayəndə çağırdım. Qız da etiraf etdi ki, bu boyda yeyintiyə yol verib. Götürülən məbləğ DSMF-yə köçürülməli puldur. Yəni mənimsənilən 332 min 156 manat DSMF-yə köçürülməlidir. Hazırda həmin məbləğin geri qaytarılması ilə məşğuluq. Məhkəmə də bununla bağlıdır. Pantomima Teatrı olaraq biz bu prosesdən alnıaçıq çıxdıq".
Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar şöbəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə -külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Aytən Kərimova 2019-22-ci illərdə bu vəzifədə çalışıb.
"Dövlət Sosial Müdafiə Fondu (DSMF)" teqi üzrə xəbərlər
- TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR
- Yarım milyon manat dələduzluqda ittiham olunan bağça direktoru ev dustaqlığına buraxıldı
- DSMF-nin 2025-ci il üçün büdcə layihəsi təsdiqləndi: Ötən ildəkindən 10% çoxdur
- Azərbaycanda pensiyalarla bağlı YENİLİK ediləcək
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı
Rəylər