Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsd cəhdinə rəhbərlik edən şəxsin oğlu da həbs olundu
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.
Oxu.Az xəbər verir ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.
Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
"Fazil Mustafa" teqi üzrə xəbərlər
- Uşaqlara qarşı cinayətlər: Cəzalar sərtləşdirilməlidir? - "Kaspi"nin şərhi
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
- Fazil Mustafaya sui-qəsd cəhdində təqsirli bilinən şəxslərdən birinə ömürlük cəza verilib
- Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb
- Fazil Mustafa sui-qəsd cinayəti ilə bağlı: "Tətikçi ilə nə danışasıyam ki?"