Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Londonda Hitrou hava limanı elektrik stansiyasında partlayışdan sonra bağlandı
Londonda Hitrou hava limanı elektrik stansiyasında baş verən yanğına görə təxminən birgünlük bağlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Sky News" məlumat verib.
"Hava limanında elektrik enerjisi kəsildi. Sərnişinlərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün 21 mart 2025-ci il saat 23:59-a (yerli vaxtla - red.) qədər Hitrounu bağlamaqdan başqa seçimimiz yoxdur", - hava limanı rəhbərliyi bildirib.
Nəşrin məlumatına görə, yaxın günlərdə "hava limanının işində əhəmiyyətli fasilələr" gözlənilir. Sərnişinlərə hava limanı açılana qədər oraya getməmək tövsiyə edilib.
"Hazırda gələn uçuşların yönləndirilib-yönləndirilməyəcəyi və hara yönləndiriləcəyi aydın deyil", - telekanalı əlavə edib.
Partlayış Heyz rayonunda baş verib. Hadisə yerində "bir neçə kilometr məsafədən görünən" güclü yanğın başlayıb. Yerli hakimiyyət güclü alov səbəbindən sakinlərin və yaxınlıqdakı müəssisələrin işçilərinin təxliyə edilməsi barədə qərar qəbul edib. Təxminən 16 000 nəfər elektriksiz qalıb.