Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov cinayəti etiraf etdi
"Bəli, cinayət əməlini törətdiyimi etiraf edirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədov məhkəmə prosesində deyib.
Hakimin "Özünüzü təqsirli bilirsiniz?" sualına o, "Bəli, təqsirli bilirəm" deyə cavab verib.
Hakim Əhməd Əhmədovun törətdiyi hadisə ilə bağlı ifadə vermək istəyib-istəmədiyini soruşub.
Ə.Əhmədov isə ifadə vermək istəmədiyini bildirib.
Məhkəmə prosesi iyulun 23-ü saat 14:00 tarixinə təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Oxu.Az xəbər verir ki, proses hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilir.
Proses çərçivəsində Ə.Əhmədovun törətdiyi cinayəti anlaqsız halda törətdiyinə dair qərara baxılır.
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxənası" publik hüquqi şəxsinə yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Könül Cəfərli
"Əhməd Əhmədov" teqi üzrə xəbərlər
- Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi - Heç kəs şikayət verməyib
- Türkiyədə "Əhməd hadisəsi": Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı
- Əhməd Əhmədovun müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 10.10.2024-ün ən mühüm hadisələri
- Əhməd Əhmədovla bağlı qərarın doğurduğu suallar: Sağalsa, həbs olunacaq?
Rəylər