Bakıda evdə oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 5 920 manat dəyərində musiqi alətləri, televizor, saat, ayaqqabılar, çanta və suvenirlər oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş K.Orucov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.