Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Füzuli peşə məktəbinin sabiq direktoru məhkəmə zalında həbs edildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Oqtay Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Oqtay Vəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə iclas zalında dərhal həbs olunub.
Qeyd edək ki, rəsmi məlumata görə, 1 nömrəli Füzuli peşə məktəbində yol verilmiş qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı qeyd olunan təhsil müəssisəsinin direktoru Oqtay Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək dövlət büdcəsindən ayrılmış 119 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Oqtay Vəliyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
"Mənimsəmə (israf etmə) cinayəti" teqi üzrə xəbərlər
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- "Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı
- 181 nəfərin "TikTok"da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı
- Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi
- Probasiya şöbəsinin keçmiş rəisi və eks-icra məmuruna hökm oxundu