Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Göyçayda alışqan üstündə anası ilə dava edən oğul həbs edildi
Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.
Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.
Qadın bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib.
P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.
"Göyçay" teqi üzrə xəbərlər
- Göyçayda parkda qıza görə qətl törədən yeniyetməyə hökm oxundu
- Qurban Yetirmişli: "Vaxtilə mənşəyi bilinməyən zəlzələlər artıq təhlil olunub"
- Göyçayda küçə işıqlandırılmasında problem: Elektrik dirəkləri həyətlərdə "dustaq" olub?
- Polis Göyçayda əməliyyat keçirdi - Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı
- Göyçayda biraylıq körpənin ölüm səbəbi bilindi