Azərbaycanın Gürcüstanla sərhədində qanunsuz yolla keçirilməsinə cəhd edilən külli miqdarda araqlar və siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşlarından 100 ədəd 1 litrlik, 147 ədəd 0,5 litrlik “Nemiroff” markalı araqlar, həmçinin 20 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Bütün faktlarla bağlı araşdırma aparılır.