Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Elşən Kərimovun yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elşən Kərimov altı il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elşən Kərimov 2024-cü il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Ata "namusunu təmizləmək" üçün qızını öldürmək İSTƏDİ - TƏFƏRRÜAT
- Kişi "Telegram"da tanış olduğu özündən 9 yaş böyük qadına dəhşət yaşatdı
- Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub
- Səhiyyə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib
- Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxsi: "Çantamdan çıxan 30 min manat oğlumun idi"
Rəylər