Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İcarəyə götürdükləri maşınlarla oğurluq edən dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər. Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
"Avtomobillərin icarəsi" teqi üzrə xəbərlər
- Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir?
- Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi
- Ölkəyə avtomobil idxalının azalması qiymətlərə necə təsir edir? - "Kaspi"nin TƏHLİLİ
- Avtomobil icarəsinə tələb var, təminat yoxdur
- İcarə avtomobil bazarında vəziyyət necədir?