Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazaxın azad olunan dörd kəndinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
Qazax rayonunun işğaldan azad edilən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Deputat AÇIQLADI
- Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
- İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
- Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru KİMDİR?
- Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar