Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR
- Cəbrayıl şəhərciyində qadın narkotikə görə həbs edildi
- Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var
- İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb
- İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb
Ən çox oxunanlar
Rəylər