Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Keçmiş bacanağını dəmir parçası ilə döyən şəxsə hökm oxundu
Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İntiqam Hacılının (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, altı ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 18 avqust 2024-cü il tarixdə, saat 14:15-də paytaxtın Nərimanov rayonunda yerləşən təkər təmiri sexində qeydə alınıb.
Belə ki, İntiqam Hacılı keçmiş bacanağı, zərərçəkmiş Pənah Göyüşovun (ad, soyadı şərtidir) işlədiyi sexə gedib. O, eks-bacanağına arvadı ilə birgə ailə məsələlərinə qarışdıqlarını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra İntiqam dəmir parçası ilə Pənahı vuraraq, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib.
Hadisədən sonra İntiqam Hacılı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Gədəbəydə qayınata uşaqlarını görməyə gələn kürəkənini döyüb, əl-qolunu bağladı
- Bakıda kütləvi davada 17 bıçaq zərbəsi alan şəxs HƏBS EDİLDİ
- Kişi onunla rayona köçməkdən imtina edən arvadını döyüb evdən qovdu
- Naxçıvanda dostlar dava saldılar, kuryer ofisiantı bıçaqladı
- Bakıda restoran müdiri kababçı ilə dalaşdı, ofisiant döyüldü